Goranboyda İcra Başçısı yanında Şuranın növbəti iclası keçirildi - FOTO 0
Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi. İclasda, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Ramin Mirzəyev, rayonun xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak etdilər.
Mubarizciler.az xəbər verir ki, Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər.
Tədbirdə, YAP-nın sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun müvafiq əmri əsasında, Partiyanın rayon təşkilatının sədri vəzifəsinə yeni təyin edilmiş Qocayev Samir Hatəm oğlu rayon ictimaiyyətinə və partiya fəallarına təqdim edildi.
Sonra Şurada, “2023-cü ilin cari dövründə rayonun sosial-iqtisadi inkişafı, ictimai-siyasi və mədəni sahəsində görülmüş işlər və bu sahədə verilmiş tapşırıqların icra vəziyyəti barədə məsələ geniş müzakirə edildi. Müzakirə olunan məsələ ilə bağlı, İcra Başçısı tərəfindən aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyyələr verildi.
Xəbəri paylaş