Xəbər lenti
2-09-2026, 15:00
 

Daşaltıda nəşinin qalıqları tapılan hərbçimiz dəfn edildi - FOTOLAR 0

Tarix: 04-10-2023 14:08     Baxış: 3 255


Otuz bir il əvvəl Şuşada - Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Veysəl Qasımov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Mubarizciler.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Şəhid Veysəl Qasımov əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi altında torpağa tapşırılıb.

Qeyd edək ki, 1963-cü il noyabrın 17-də Bakıda anadan olan Veysəl Qasımov 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb.

Xatırladaq ki, ötən ay Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. 

Onlardan biri də şəhid Veysəl Qasımovdur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar