Xəbər lenti
14-09-2024, 21:36
 

Xoşbəxt Yusifzadə dünyasını dəyişib 0

Tarix: 04-10-2023 01:25     Baxış: 2 618

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünyasını dəyişib.

Bu barədə Mubarizciler.az Trend-ə istinadən xəbər verir.

Qeyd edək ki, Xoşbəxt Yusifzadə 14 yanvar 1930-cu ildə anadan olub. O, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini bitirib. 1987-ci ildə geologiya-mineralogiya elmləri doktoru  dərəcəsinə yiyələnib. X.Yusifzadə 1992 – 1994-cü illərdə "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti, 1994 – 2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004 – 2016-cı illərdə Dövlət Neft Şirkətinin geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti,  2016-cı ildən isə SOCAR-ın birinci vitse-prezidenti idi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar