Xəbər lenti

Naftalan Şəhərində Növbəti səyyar qəbul keçirilib - FOTO 0

Tarix: 03-10-2023 15:39     Baxış: 3 626


Naftalan şəhərində sakinlərin müraciətlərini təmin etmək məqsədilə növbəti səyyar qəbul-görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Şəhərin 22, 23, 27, 29, 30 və 31 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin başçısı, şəhər polis şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar müraciətləri dinlənilib. Qaldırılan məsələlərin böyük qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar