Xəbər lenti

Həkim cərrah Kamran Qafarovun fədakarlığı - FOTO 0

Tarix: 03-10-2023 12:16     Baxış: 5 474

Anamın reanimasiya otağında həyatla ölüm arasındakı mübarizə savaşından sağ çıxmasında mühüm rol oynayan  həkim cərrah Kamran Qafarovun fədakarlığı barəsində etiraf.

Kamran həkimi təkcə Mingəçevir şəhərində yox respublikamızda və ondan kənarlarda da çox savadlı, bacarıqlı cərrah-həkim kimi tanıyırlar.

 Məhz buna görə Kamran Qafarova müraciət edən xəstələrin sayı həddindən artıq çoxdur. 

Anam İradə Mamed qızı Əmrahovanın vəziyyəti çox ağır olduğuna və sol ayağının amputasiya olunmasına görə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının cərrah həkimi Kamran Qafarova müraciət etdik. O, anamı yüksək səviyyədə əməliyyat etdi və biz orada olduğumuz müddətdə şöbənin işçiləri əllərindən gələni etdilər ki, müalicə yüksək səviyyədə getsin. Ona görə də belə qərara gəldim ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasını  həkim cərrahı Kamran Qafarov başda olmaqla bütün xəstəxana kollektivinə Əmrahovlar ailəsi adından  öz təşəkkürümüzü bildirək. 

Bu təkcə bizim yox, Kamran həkimin əlindən şafa tapan yüzlərlə xəstələrin arzusudur.

Kamran  həkimin şəfalı, bacarıqlı əllərindən minlərlə insan ölümün pəncəsindən qurtarıb. Həkimin günəşli sabaha və ailələrinə qovuşdurduğu bu xəstələrin içərisində təkcə azərbaycanlılar yox, başqa millətlərdən olan insanlar da çoxdur. 

Kamran həkimin əllərinin sehrini əks etdirən onun biliyi, savadı, xəstələri diqqətlə dinləməsi, onlardan heç nəyi əsirgəməmsi və zəkasıdır. Qazandığı bütün nailiyyətləri o, çox yüksək elmi və savadı nəticəsində əldə edib. Bəli, bu möcüzələr yaradan barmaqların ilk canlı şahidlərindən biri elə mən özüm və ailəmiz olmuşuq.

 Anam bu gün də sağdır və gümrahdı.

Anamın sol ayağının amputasiya etməsi uğurlu əməliyyat nəticəsində gələcək bəladan, sağalmaz xəstəlikdən qurtardı Kamran həkim. 

Elə təkcə bir ailədən yaşlı ananın  sağalması üçün əlindən gələni edən Kamran Qafarov bizim böyük nəsilə sevinc bəxş edib. Beləliklə, o, yüzlərlə bizim kimi ailələrə, nəsillərə sevinc bəxş etdiyinə görə hamının sevimlisidir.

Onuda qeyd edim ki, Kamran həkim müharibə dövründə yaralı hərbiçilərimizin sağalmasında  da böyük fədakarlıq göstərib və həmin vaxtı bu xeyirxah işinə görə hərbiçilərin və  valideyinlərin böyük təşəkkürünü alıb.

Goranboy rayon Qızılhacılı qəsəbə sakini, Əmrahovlar ailəsi.

Mubarizciler.az 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar