Xəbər lenti

Milli Qəhrəman Çingiz Adil oğlu Babayevin doğum günüdür 0

Tarix: 02-10-2023 11:09     Baxış: 2 331

2 oktyabr Azərbaycanın Milli Qəhrəmanı, 1995-ci il Bakı metrosu yanğını zamanı şəhid olmuş Çingiz Adil oğlu Babayevin doğum günüdür.

Mubarizciler.az xatırladır ki, Çingiz Babayev 2 oktyabr 1964-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Əslən Naxçıvandandır. O Yasamal rayonu 20 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstutuna daxil olmuşdur. 1992-ci ildə Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəsis olan Çingiz Babayev könüllü olaraq Milli Ordu sıralarına daxil olur. O "N" saylı hərbi hissədə qərərgah rəisi vəzifəsində çalışır.

28 oktyabr 1995-ci il payız axşamı idi. Bakı metrosu həmişəki kimi iş rejimi ilə işləyirdi. Ulduz metrostansiyası və Nəriman Nərimanov metrostansiyası arasında hərəkət edən qatarda yanğın baş verir və bütün qatarı alov bürüyürdü. Çingiz də bu qatarda sərnişinlər arasında idi. O fəryad edən soydaşlarımıza kömək etmək qərarını verir və vaqonlarda olan insanları xilas etməyi bacarır, onlarla insan bu faciədən xilas olur. Başqalarının həyatını xilas edən vətənimizin cəsur övladı öz həyatını qurban verir. Subay idi.

Azərbaycan Respublikası prezidentinin 3 noyabr 1995-cı il tarixli, 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakının Yasamal rayonu ərazisində ki, qəbristanlıqda dəfn edilmişdir. Onun şərəfinə Ulduz metrostansiyasında abidə kompleksi ucadılmışdır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar