Xəbər lenti
18-11-2024, 12:06
 

Xəyal Məmmədov: Bayraqlarımız artıq işğaldan azad edilmiş ərazilərdə dalğalanacaq 0

Tarix: 02-10-2023 01:23     Baxış: 4 746


 Azərbaycan tarixi qələbəyə nail olmaq üçün, çox əhəmiyyətli, düşünülmüş strateji fəaliyyət, dayanıqlı iqtisadi göstəricilərimizin yaratdığı imkanlar vasitəsi ilə hərbi potensialımızı bölgədə liderə çevirmişdir. Ermənistan ordusunun müzəffər Azərbaycan ordusunun qarşısında aciz qalaraq məğlubiyyətə düçar olması bölgənin həqiqi və real güc sahibini təsbit etmiş oldu.

Ordumuz, faşizm ideologiyası ilə yaşayan,  daim özlərini bölgənin tarixi qalibləri kimi hiss edən ermənilərin əzmi və iradəsini darmadağın etdi. Layiq olduğumuz qələbəmizi yaşayrırıq.

Ermənistanın məğlubiyyətini rəsmi şəkildə təsdiq edən bu bəyanat Cənab Ali Baş Komandanımızın, məğlubedilməz ordumuzun şanlı qələbəsidir! 

10 Noyabr gecə saatlarında bu müjdəni Azərbaycan xalqına fəxr və qürurla çatdıran Cənab Prezident bütün Azərbaycanı sevincə qərq etdi.

Ermənistan hərbi və siyasi rəhbərliyinin təslim olaraq milli maraqlar və ərazi bütövlüyümüzü qəbul etməsi səbəblərindən birii dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsi düşmənin zəifləmiş dirəncini darmadağın etdi. 

Şuşanın azad edilməsi müharibə tarixinin ən mühim siyasi, strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyan öhdəliklərindən biri idi. 

Şuşa zəfərindən dərhal sonra düşmənə növbəti ağır zərbə vuruldu.Noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmizlə 72 yaşayış məntəqəsi Azərbaycan Ordusu tərəfindənişğalçılardan azad edildi. 

27 Sentyabr-dan bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunu darmadağın edildi. İşğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması hərbi və siyasi qalibiyyətin bariz nümunəsidir.

Torpaqlarımız uğrunda canını qanını fəda etmiş qəhrəman oğullarımızı, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı. Hər bir şəhid qardaş və bacılarımız bizim qəlbimizdə əbədi yaşayacaq və əminəm ki, Azərbaycan gəncliyi və gələcək nəsillər onları daim fəxr və qürurla anacaqlar. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onlara borcluyuq, çünki onların şücayəti, qəhrəmanlığı, fədakarlığı nəticəsində tarixi ədalət bərpa olunub və biz torplaqlarımıza geri qayıdırıq. Yaralı hərbçilərimizə şəfa diləyirik və arzu edirik ki, azad etdikləri torpaqları qarış-qarış gəzərək öz qəhrəmanlıq hekayələrini nəsillərimizə danışaraq, qızıl tariximizə və qəhrəmanlıq salnaməsinə həkk olunacaqlar. Tarixi qələbə bir daha Azərbaycan xalqının nə qədər böyük, vətənpərvər, iradəli və əzmli olmasını dünyaya göstərdi.

İllərlə yaşadıqları çətinliklər, ümidsizlik, onların qələbə ruhunu qırmadı və cinyətkar erməni hərbi və siyasi rəhbərliyinin təxribatları onları torpaqlarından bir qarış belə olsun uzaqlaşdırmadı. Düşmən  döyüş meydanındakı məğlubiyyətini daim mülki insanlarımıza atəş açaraq ört basdır etməyə çalışdı ancaq məğrurluğumuz onların riyakar planlarını alt üst etdi.

Azərbaycan hətta müharibə şəraitində belə bütün beynəlxalq hüquq norma və prinsiplərə sadiqliyini və məsuliyyətini nümayiş etdirdi. Ancaq təəssüflər olsun ki Ermənistan ordusu dünya tarixində terrorçu, vandal, beynəlxalq hüquq və insani dəyərləri heçə sayan pərakəndə və fərari ordu kimi tarixə həkk olundu. Biz kimin güclü kimin zəif olduğunu sübut etdik. Biz regional gücün Azərbaycana aid olmasını sübut etdik. Azərbaycan daim öz uğurlarını, inkişaf tempini yüksəldərək yeni naliyyətlər  əldə edəcək, işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlanacaq.

Şanlı qələbəmizin daha bir önəmli töhfəsi Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla əlaqəsinin Cənab Ali Baş Komandanımızın təkidi ilə bəyənatda təsbit edilməsi bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, yeni nəqliyyatk ommunikasiya infrastrukturu yaradılmasına səbəb olmasıdır Çox xoşbəxik ki bu tarixi addım məhz Cənab Ali Baş Komandanın tələbi və iradəsi ilə reallaşdı.

Çox sevindirici haldır ki xalqımız hamılıqla daim ordumuza maddi və mənəvi dəstək oldu! Azərbaycanda yaşayan bütün millətlər bir ideologiya ətrafında tarixi, əzəli əbədi torpaqlar uğrunda qəhrəmancasına döyüşdülər. 

Bu bizim həmrəylik göstəricimiz və birliyimizin gücüdür. Azərbaycan xalqı Cənab Prezident İlham Əliyevlə bərabər Qarabağ Azərbaycandır və nida deyərək bu deyimi tariximizin şərəf və ləyaqət salnaməsinə həkk etdirdi.


Xəyal Məmmədov

Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi 

Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar