Xəbər lenti

Goranboylu Qazi yüksək vəzifəyə təyin edildi - FOTO 0

Tarix: 30-09-2023 18:41     Baxış: 4 823


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və Qazilərə göstərdiyi xüsusi diqqət və qayğısı ilə həyata keçirilən dövlət siyasətinə  uyğun olaraq  Şəhid ailələri və Qazilərə xüsusi diqqət yetirilir, onların müraciətlərinə həssas və operativ yanaşılır.  Xüsusən də, vakant iş yerlərində iş təminatı ilə bağlı, ilk olaraq Şəhid ailələri və Qazilərə önəm verilir. Bu məqsədlə, növbəti Vətən müharibəsi Qazisi vəzifəyə təyin edilib.

Mubarizciler.az-ın məlumatına görə, Goranboy rayon Qızılhacılı qəsəbə sakini, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş-leytenant, Vətən müharibəsi Qazisi, Prezident təqaüdçüsü, ikinci qrup əlil  Elnur Rizvan oğlu Xəlilov Gənclər və İdman nazirliyinin Mühafizə Kamerasının müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Gənclər və İdman naziri Fərid Qayıbovun imzaladığı əmrə əsasən 29.09.2023-cü il tarixində E. Xəlilov qeyd edilən vəzifəyə təyin edilib.

Xəlilov Elnur Rizvan oğlu 1993-cü ildə Goranboy şəhərində doğulub, Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur.  

44 günlük Şanlı Vətən müharibəsində  döyüş əməliyyatlarının həyata keçirilməsi zamanı zabit kimi fəal iştirak edən Elnur Xəlilov yaralanmış və  göstərdiyi xidmətlərə görə “Cəsur döyüşçü” "Suqovuşanın azad olunması" "Vətən müharibəsi iştrakçısı" "İgidliyə görə" "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Uğurlar diləyirik.

Əməkdaşımız Elçin Tağıyev E. Xəlilovla əlaqə saxlayıb. E. Xəlilov iş ilə təmin edildiyinin doğruluğunu təsdiqləyib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar