Xəbər lenti
27-01-2026, 12:43
 

Riad Əhmədovla vida mərasimi keçirildi - Fotolar-Yenilənib 0

Tarix: 30-09-2023 12:46     Baxış: 2 772

Azərbaycanın Milli Qəhramanı, 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olmuş Riad Əhmədovla vida mərasimi keçirilir.

Mubarizciler.az  xəbər verir ki, vida mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, media mənsubları iştirak edir.

DTX-nin Mədəniyyət Mərkəzində keçirilən vida mərasimindən sonra Riad Əhmədovun nəşi İkinci Şəhilər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, R.Əhmədovun nəşinin qalıqları bir müddət əvvəl Qarabağda aşkar edilib. Aparılan ekspertizadan sonra qalıqların kimə məxsus olması müəyyən edilib.

***

“Mən ilk növbədə Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə minnətdarlığımı bildirirəm”.

Bunu Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində şəhidin bacısı Mehriban Əhmədova deyib.

M.Əhmədova vurğulayıb ki, qardaşı Qarabağda döyüşlər başlayandan evdə tapılmayıb: “Onun qatıldığı əməliyyatlar çox uğurlu keçirdi. Qardaşım ailəsini çox sevirdi. Biz hər dəfə qapının zəngi çalınanda elə bilirdik, odur.  Lakin olmadı, anamın gözü yolda qalaraq bu dünyadan köçdü. Ancaq Riad cismən bizimlə olmasa da, ruhən bizimlədir”.






(Qafqazinfo)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar