Xəbər lenti

Vətən müharibəsi şəhidi Şaiq Teymurovun 3-cü ildönümü qeyd olunub - FOTO 0

Tarix: 29-09-2023 17:57     Baxış: 2 800


 İmişli Rayon İcra Hakimiyyəti tərəfindən torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarımızın əziz xatirəsi daim ehtiramla anılır. 

Mubarizciler.az-ın məlumatına görə, Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi ziyarət edir, onlara mənəvi dəstək olur. 

Sentyabrın 29-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsi şəhidi, İmişli rayonunun Aranlı kəndindən olan Teymurov Şaiq Vidadi oğlunun 3-cü ildönümü mərasimində iştirak ediblər. 

Mərasim zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub. İcra başçısı şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Şaiqin xatirəsinin daim əziz tutulacağını bildirib. 

Allah rəhmət eləsin!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar