Xəbər lenti

Şəhid Elşad Süleymanov dəfn edildi - FOTO 0

Tarix: 29-09-2023 17:14     Baxış: 4 949

Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri zamanı şəhid olan Goranboy rayon Qızılhacılı qəsəbə sakini Elşad Məhəmməd oğlu Süleymanov ilə vida mərasimi keçirilib.

Mubarizciler.az xəbər verir ki, Vida mərasimində Goranboy Rayon İcra Hakimiyyəti nin başçısı Məhərrəm Quliyev, Hüquq - mühafizə orqanlarının rəhbərləri, Millət Vəkili Ağalar Vəliyevin nümayəndələri,  şəhidin yaxınları, hərbçilər, Goranboy  rayonun idarə və təşkilat rəhbərləri, polis əməkdaşları, ictimaiyyətçilər  və sakinlər iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhid Elşad Süleymanov Goranboy rayon Balakürd kənd qəbristanlığında Şəhidlər xiyabanında dəfn edildi.

Dəfn mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin ruhuna dualar oxunub, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.

Qeyd edək ki, Elşad Süleymanov Azərbaycan Ordusunun Müddətdən artıq hərbi qulluqçusu olub. O, sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ailəli idi iki körpə övladı vətənə əmanət qaldı.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar