Xəbər lenti
Dünən, 15:41
 
27-01-2026, 12:43
 

27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib - FOTO 0

Tarix: 28-09-2023 19:52     Baxış: 2 261


Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

 

Mubarizciler.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilən tədbirdə Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, şəhər ictimaiyyəti, şəhid və qazilərin ailə üzvü olan təhsil işçiləri iştirak ediblər.

 

İdarə müdiri Anar Qədiməliyev bildirib ki,  Vətən Müharibəsi Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin əyani təsdiqi kimi xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə xalqımız sarsılmaz əzm və iradə nümayiş etdirərək, dəmir yumruq kimi birləşərək Vətən Müharibəsində tarixi Zəfəri təmin ediblər.

 

Tədbir ədəbi bədii kompozisiya ilə davam edib, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar