Xəbər lenti

İcra başçısı sentyabrın 19-da terror aktı nəticəsində həlak olan polis serjantının yas mərasimində iştirak edib - FOTO 0

Tarix: 28-09-2023 19:38     Baxış: 1 939

  Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev cari ilin sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Şirinov Ramil Arif oğlunun yas mərasimində iştirak edib. 

Mubarizciler.az-ın məlumatına görə, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində təşkil olunan mərasimdə icra başçısı ilə yanaşı RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Mərasim zamanı terror aktı nəticəsində həlak olan şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub. İcra başçısı şəhid ailəsinin qayğı və ehtiyacları ilə maraqlanıb, yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar