Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

30 ildən sonra qalıqları tapılan şəhidlər dəfn edildi - Fotolar 0

Tarix: 28-09-2023 16:09     Baxış: 2 093

30 il əvvəl Füzuli rayonu ərazisində itkin düşən şəhid Babaşov Əlhəm Tahir oğlunun qalıqları doğulduğu Biləsuvar rayonuna gətirilib.

Mubarizciler.az APA-ya istinadən xəbər verir ki, şəhidlə rayonun Bağbanlar kəndində vida mərasimi keçirilib.

Həmçinin Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş hərbçi Əsədov Vüqar Habil oğlunun qalıqları Qaradağ rayonunun Lökbatan qəsəbəsinə gətirilib. Şəhid Vüqar Əsədovla yaşadığı evdə vida mərasimi keçirilib. Şəhidin qalıqları Lökbatandakı Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Vüqar Əsədov 31 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb. Şəhidin meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb.

Əlhəm Babaşov isə 1974-cü ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. O da Birinci Qarabağ müharibəsi zamanı, 31.08.1993-cü ildə Füzuli rayonunun Kürmahmudlu kəndi ərazisində itkin düşüb. Onun da qalıqları Edillidəki kütləvi məzarlıqda tapılıb.















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar