Xəbər lenti
14-09-2024, 21:36
 

Göyüş Nağıyev: Tarix yazan Qəhrəmanlarımız qürurumuzdur 0

Tarix: 28-09-2023 00:53     Baxış: 2 555


Bildiyimiz kimi Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə-haqq savaşına başlamışdır.  Azərbaycan Ordusunun  mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun  döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu tərəfindən bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başladı. 

Təcavüzkar ermənilərlə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı  və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşanın alınması Azərbaycanın şanlı tarixinə Zəfər Günün kimi daxil oldu. Moskvada  imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin doğma Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən  çıxarılması və Naxçıvan Muxtar Respublikası  ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.Əfsuslar olsun bu öhdəliklərin bir neçəsi hələ də icra edilmir Ermənistan tərəfindən. Ancaq, onlar anlamalıdır ki, regiona davamlı sülhün gəlməsi üçün onlar bizim humanizm və hüquqi prinsiplərə əsaslanan təklifimizi qəbul etməlidirlər.  Ona görə biz qalibik. Biz tarixi ədaləti bərpa edərək, torpaqlarımızı işğaldan azad etmişik. Bu gün Böyük Qayıdış proqramı uğurla icra edilir. Son günlərdə antiterror tədbirləri ilə biz seperatizmi məhv etdik. Artıq biz öz əzəli yurdumuzda əbədi olaraq yaşayacağıq. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır. İkinci Qarabağ müharibəsi Şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunur. 

Dövlətimizin başçısı, doğma Partiyamızın Sədri cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində bizim şanlı və qürurlu  tariximiz yazıldı.  Müzəffər Ordumuzla hər zaman qürur hissi duyuruq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Göyüş Nağıyev

Birinci Qarabağ müharibəsi veteranı, Goranboy rayon Eyvazlılar kənd Ümumi Orta Məktəbin direktoru.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar