Xəbər lenti

İmişlidə Vətən müharibəsi şəhidlərinin 3-cü ildönümü qeyd olunub 0

Tarix: 27-09-2023 20:46     Baxış: 2 457

  Bu gün Vətən müharibəsi döyüşlərində şəhid olan İmişli rayonunun Xəlfəli kənd sakini Vəliyev Tural İlham oğlunun və əslən Füzuli rayonunun Qacar kəndindən olan, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində məskunlaşmış Əhmədzadə Elməddin Uğur oğlunun ildönümü mərasimləri qeyd olunub.

Mubarizciler.az xəbər verir ki,  Şəhidlərimizin ildönümü mərasimlərində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

 Mərasim zamanı icra başçısı şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, eyni zamanda şəhid ailələrinin qayğıları ilə maraqlanıb. Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar