İlqar Məhərrəmov: 27 Sentyabr Anım günü Azərbaycan xalqının Zəfər salnaməsinin qürur səhifəsidir 0
Azərbaycan xalqına qarşı əsrlər boyu davam edən erməni vəhşilikləri 20 - ci əsrin sonlarında SSRİ adlanan nəhəng bir dövlətin dağıldığı ərəfədə , yenicə dövlət müstəqilliyimizin bərpasından sonra daha təhlükəli və amansız hal alaraq 20 faiz ərazilərimizin işğalı ilə nəticələndi.Belə ki, 1991-1994-cü illərdə baş vermiş 1-ci Qarabağ müharibəsində Qarabağ və ətrafındakı yeddi rayon işğal edildi və bir milyon Azərbaycan türkü öz doğma yurd - yuvalarından zorla çıxarıldı.
30 ilə yaxın bir müddətdə işğalda olan ərazilərimizin düşmən işğalından azad etmək üçün aparılan beynəlxalq səviyyədə olan danışıqlar heç bir nəticə vermədi, əfsuslar olsun ki torpaqlarımızın azad edilməsini bir qədər də ləngitdi. Lakin həm Ümummilli lider Heydər Əliyev, eyni zamanda müzəffər Ali Baş komandan cənab İlham Əliyev yaxşı bilirdi ki sülh yolu ilə olmasa biz torpaqlarımızı mütləq hərb yolu ilə azad edəcəyik. Belə olan təqdirdə Azərbaycan ordusunun döyüş hazırlığlığı, peşəkarlıq səviyyəsi, təchizatı ildən - ilə yaxşılaşdırıldı və torpaqlarımızın azad edilməsi üçün tam qüdrətli ordumuz formalaşdı.Ordu quruculuğu istiqamətində həyata keçirilən ardıcıl mühüm tədbirlər öz töhfəsini verdi. Ard - ardınca aparılan döyüşlərdə təcavüzkar Ermənistan ordusunu darmadağın edən müzəffər ordumuz əvvəlcə 2016-cı il aprel, sonra 2018-ci il may, 2020 - ci il iyul Tovuz döyüşlərində düşmənə layiqli dərs verdi. Bu qələbələrin, mühüm uğurların davamı kimi Dəmir yumruq, işğaldan azad etmə əməliyyatında başlanğıc anı isə 27 sentyabr 2020-ci ildə qoyuldu.Təxribatçı Ermənistan ordusunun işğal altında olan Azərbaycan torpaqlarından cəbhə boyu atəşkəsi pozaraq, Azərbaycanın rayon və kəndlərinə, o cümlədən hərbi mövqelərimizə endirdiyi zərbələrə cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş komandanı cənab İlham Əliyev Azərbaycan ordusuna hucum əmrini verdi. Beləliklə 30 ilə yaxın bir müddətdə işğalda olan ərazilərimizin azad olunması üçün, tarixi ədaləti bərpa etmək uğrunda , haqlı mübarizəmiz olan 2-ci Qarabağ, 44 günlük Vətən müharibəsi başlandı. 44 günlük müharibə nəticəsində müzəffər Azərbaycan ordusu demək olar ki hər gün qələbədən - qələbəyə doğru gedərək işğal altında olan ərazilərimizi düşməndən azad edib, böyük Zəfər salnaməsi yaratdı. Düşmən təslim olaraq 10 noyabr 2020 - ci ildə kapitulyasiya aktına imza atdı. Bu Şanlı savaşda, haqq-ədalət mübarizəsində, olum və ya ölüm mübarizəsində qəhrəman Azərbaycan xalqı 2908 övladını şəhid verdi, minlərlə döyüşçümüz isə yaralandı, əlil oldu. Xalqımız uğrunda canını qurban vermiş övladlarını heç zaman unutmur, onların əziz xatirəsini daim ehtiramla yad edir.Bu münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 dekabr 2020 - ci il tarixində Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən hər il sentyabr ayının 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizin anım günü qeyd edilir, onların əziz xatirəsi ehtiramla anılır.
Bu Vətən, bu xalq var olduqca yolunda canını qurban vermiş övladlarını heç zaman unutmayacaq, onların əziz xatirəsini qəlbində daim yaşadacaqdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
ilqar Məhərrəmov
Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi
Xəbəri paylaş