İcra Başçısının səyyar qəbul Qaraqaşlı və Mürsəlli kənd sakinləri ilə keçirilib - FOTO 0
İmişli Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir. Əhalinin problemlərinin yerində həlli məqsədilə növbəti səyyar qəbul-görüş bu gün rayonun Qaraqaşlı və Mürsəlli kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri, həmçinin sakinlər iştirak ediblər. Görüş başlamamışdan öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda və şanlı ordumuzun sentyabrın 19-da həyata keçirdiyi lokal antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuş igidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Sonra çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq, son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb. Bildirib ki, istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur. Vətəndaşlarımızı narahat edən ən kiçik problemlərin belə diqqətdən kənarda qalmadığı diqqətə çatdırılıb. Çıxışdan sonra qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.
Mubarizciler.az-ın məlumatına görə, Qaldırılan məsələlərin həlli ilə bağlı icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Xəbəri paylaş