Goranboy şəhəri Cəfər Cabbarlı küçəsində 4 mərtəbəli 16 mənzilli yaşayış binasının təməlqoyma mərasimi keçirildi - FOTO 0
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən, Goranboyda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əməli tədbirlər davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Goranboy və Dəliməmmədli şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy şəhərində 36 mənzilli 4 ədəd 2 mərtəbəli, Dəliməmmədli şəhərində 16 mənzilli 1 ədəd 2 mərtəbəli yaşayış binalarının sökülərək yerlərində, Goranboy şəhərində 2 ədəd 4 mərtbəli 36 mənzilli, Dəliməmmədli şəhərində isə 1 ədəd 4 mərtəbəli 16 mənzlli binaların tikintisi işləri aparılacaqdır.
Mubarizciler.az xəbər verir ki, Goranboy şəhəri Cəfər Cabbarlı küçəsində 4 mərtəbəli 16 mənzilli yaşayış binasının təməlqoyma mərasimi keçirildi.
Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, rayon ağsaqqalları və binanın gələcək sakinləri iştirak etdilər. Goranboy şəhərində 4 mərtəbəli 20 mənzilli və Dəliməmmədli şəhərində 1 ədəd 4 mərtəbəli 16 mənzlli binaların tikinti işlərinə isə cari ayın sonunda başlanılması nəzərdə tutulmuşdur.
Xəbəri paylaş