Xəbər lenti

İqtisadiyyat nazirinin müavini Naftalanda vətəndaşları qəbul edib -FOTO 0

Tarix: 22-09-2023 19:03     Baxış: 2 380


İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Naftalan şəhərində Naftalan şəhəri və Goranboy rayonundan olan vətəndaşları qəbul edib.

Mubarizciler.az-ın məlumatına görə, Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb və əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən, güzəştli kreditlərin, verilməsi, istehsal və emal müəssisələrinin genişləndirilməsi və digər məsələlərlə bağlı olub.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar