Vətən Müharibəsi Qəhrəmanı Zaur Cavanşirin doğum günüdür - FOTO 0
21 sentyabr Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – Qərargah rəisi, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı Zaur Cavanşirin doğum günüdür.
Zaur Cavanşir Cavanşirlər sülaləsindən olub, Pənahəli xan Cavanşirin nəslinin nümayəndəsidir.
Zaur Cavanşir Cəbrayıl, Hadrut (Ağoğlan), Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmış, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olmuşdur. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmiş və Şuşanın ilk komendantı təyin edilmişdir. O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir.
Mubarizciler.az xatırladır ki, Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 1974-cü il sentyabrın 21-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir.
Xüsusi Təyinatlı Qüvvələrdə xidmətindən başqa cəhbə bölgəsində taqım, bölük, tabor, briqada komandiri vəzifələrində xidmət etmişdir.
2002–2004-cü illərdə mayor rütbəsində Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Akademiyasında təhsil almışdır.
Zaur Cavanşir hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində general-mayor rütbəsi ilə xidmət etməkdədir.
Zaur Cavanşir 2016-cı ildə baş vermiş Aprel döyüşlərində də iştirak etmişdir.
2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı o, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanlarından biri olmuşdur. Şuşanın azad edilməsində xüsusi fərqlənən Zaur Cavanşir Şuşanın ilk komendantı təyin edilmişdir.
O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında iştirak etmişdir.
Zaur Cavanşir Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Zaur Cavanşirə Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşirə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Zaur Cavanşir Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Zaur Cavanşir Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.
Xəbəri paylaş