Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyənlərin nəzərinə 0

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə əlavə iş yerində çalışmaq istəyən müəllimlər 20 sentyabr tarixdən 22 sentyabr 2023-cü il tarixədək yerli rayon (şəhər) üzrə təhsil sektorlarına ərizə ilə müraciət edə bilərlər.
Mubarizciler.az-ın məlumatına görə, vakansiya seçimində müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilməsində iştirak edib ən azı 70% nəticə əldə etmiş və həmin rayon (şəhər) üzrə ümumi təhsil müəssisələrində hazırda müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərən müəllimlər iştirak edə bilərlər.
Həmçinin 1 vakant yerə 2 və ya daha artıq seçim olduqda müvafiq fənn üzrə ixtisas balı və eyni zamanda ixtisas üzrə əmək stajı nəzərə alınacaqdır.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunmuş vakant yerlər ilk olaraq 2023/2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə elan edilmiş, lakin müvafiq turlarda tutulmayan boş qalmış yerlərdir.
Xəbəri paylaş

| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |







































0772703001 