Xəbər lenti
24-07-2024, 20:55
 

Taleyi müəyyən olunmuş daha 10 itkin şəhidin adı: Aralarında Milli Qəhrəman da var - SİYAHI + YENİLƏNİB 0

Tarix: 18-09-2023 17:48     Baxış: 2 674


Təxirəsalınmaz tədbirlər nəticəsində itkinlərdən 25 nəfərin şəxsiyyəti eyniləşdirilib.

APA xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, daha 10 nəfərin də şəxsiyyəti müəyyənləşdirilib və onlar aşağıdakılardır:

Tahirov Seyfulla Veytulla oğlu

Atamoğlanov Əbülfət Sabir oğlu

Hacıyev Təhsil Fikran oğlu

Əsədov Vüqar Babil oğlu

Xələfov Cahangir Məmi oğlu

Məmmədov Elmar İnqilab oğlu

Qasımov Veysəl Qasım oğlu

Əhmədov Riad Fikrət oğlu

Babaşov Əlhəm Tahir oğlu

Həsənov Vüqar Habil oğlu

Nağıyev Cahid Şəfi oğlu

10:59

“Bu konfrans ərəfəsində biz 9 nəfəri hərbçi, 1 nəfəri mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olmuşuq”.

APA xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev deyib.

Sədr bildirib ki, onların sırasında Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da var:

“O, uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışmış, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. Riad Əhmədov 1992-ci il yanvarın 26-sında rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşmüşdür”.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar