İlqar Məhərrəmov: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz yeni tarix yazdı 0
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın erməni işğalçılarından azad edilməsi ölkə rəhbərinin uzaqgörən daxili və siyasəti, qətiyyətli addımı, uğurlu diplomatiyasının nəticəsidir.
Qısa müddətdə işğalçı Ermənistan ordusunun darmadağın edilməsi müzəffər Azərbaycan Ordusunun gücünü və qüdrətini dünyaya nümayiş etdirdi, “yenilməz erməni ordusu” mifini yerlə-yeksan etdi.
Azərbaycan son günə qədər müharibənin başlanmasını istəmirdi, münaqişənin sülh yolu ilə həll olunmasını dəstəkləyirdi. Bunu bütün beynəlxalq qurumlar qarşısında da bəyan edirdi. Ancaq 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə başladığımız Vətən müharibəsində yenilməz ordumuz bunun qarşısını almağa məcbur oldu. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu Ermənistan ordusunun bütün cəbhəboyu məğlubiyyəti ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz yeni tarix yazdı.
Tarixə Vətən müharibəsi kimi düşən 44 günlük savaş xalqımızın əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi nəticəsində böyük Qələbəmizlə bitdi.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Zəfər Günü xalqımızın şanlı tarixinə yazılan qürur səhifəsidir. Xalqımız noyabrın 8-ni milli qürur və Zəfər bayramı kimi qeyd edir.
“Azərbaycanın Vətən müharibəsində qalibiyyəti dövlətimizin beynəlxalq arenada nüfuzunun artmasına böyük təsir göstərdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə, həm də beynəlxalq hüququ, ədaləti bərqərar etdi. Azərbaycan Zəfərdən sonra regionda yeni çığır açdı. Ermənistanın 30 ilə yaxın viran qoyduğu ərazilərimizdə, Qarabağda Azərbaycan dövləti tərəfindən qısa müddətdə quruculuq prosesinin uğurla yerinə yetirilməsi doğma torpaqlarımıza qayıdışı tezləşdirir, xalqımızda böyük inam hissi yaradır.
Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu gün Qarabağda, Şuşada və azad edilmiş digər ərazilərimizdə aparılan böyük abadlıq-quruculuq işləri hər birimizə qürur və sevinc hissləri yaşadır.
İlqar Məhərrəmov
Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi.
Xəbəri paylaş