Xəbər lenti

İcra Başçısı vətəndaşların növbəti səyyar qəbulunu keçirdib - FOTO 0

Tarix: 14-09-2023 14:14     Baxış: 3 619


Şəhər İcra Hakimiyyəti Başcısının bu dəfəki ənənəvi səyyar qəbulu Havarlı kəndində baş tutdu.

Mubarizciler.az-ın məlumatına görə,  Qəbulda Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə,  müəssisələrinin rəhbərləri iştirak etmişdir.

ŞİH Başçısı Anar Tağıyev qəbulda iştirak edən kənd sakinlərinin ünvanlı dövlət sosial yardımın təyin edilməsi, işlə təminat, suvarma arxlarının təmizlənməsi və digər məsələlərlə bağlı müraciətlərini dinləmişdir. 

Müraciətlərlə bağlı qəbulda iştirak edən Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçilərinə, həmçinin aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Şəhər rəhbəri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində gördükləri çoxşaxəli işlərdən danışmışdır.

Qəbul zamanı həmçinin sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, imkanlarının olduğu barədə mütəmadi olaraq məlumat verilmişdir.

Qəbulda iştirak edən sakinlər çıxış edərək memarı Ulu Öndər Heydər Əliyev olan müstəqil dövlətimizin Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində güclü və inkişaf etmiş ölkəyə çevrildiyindən qürur duyduqlarını bildirdilər. Respublikada, o cümlədən rayonda həyata keçirilən abadlıq quruculuq işlərindən, insanların sosial məişət vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən razılıqlarını bildirərək, bütün bunlara görə Ölkə Rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar