Xəbər lenti
18-11-2024, 12:06
 

Əzra Həşimova: Ümummilli Liderimiz Heydər Əliyev mənim yaddaşında silinməz xatirədir 0

Tarix: 14-09-2023 01:42     Baxış: 3 311


1971- ci ildə məni komsomol komitəsinə büro üzvü seçdilər.  Bu ilk yüksəliş  daha cəsarətli və  qabaqcıl olmağıma şərait yaratdı. 1972-ci ildə Kənd Təsərrüfatı İnstitutunda  qiyabi təhsil alırdım.  Bu günkü kimi xatırlayıram: - Mart ayının əvvəli idi. Kommunist partiyasının  üzvlüyünə namizəd idim. Həmin il maşınla 80 ton pambıq yığdım. İlin yekunu Mərkəzi Komitədə müzakirə olunurdu. Gənc bir partiya üzvü kimi məni də həmin tədbirə dəvət etdilər.  Biz nümayəndə heyətini, indi Heydər Əliyevin adını daşıyan sarayda qabaq yerlərdən birində yerləşdirdilər. Həyacanlanırdım ki, Rəhbərimizi  canlı görəcəm. 

Hamı ayağa qalxdı və Canlı Əfsanə də ayağa qalxdı, tribuniyə yaxınlaşdı. Onun əzəmətli, gah kəskin, gah da yumşaq səsi sanki insanları maqnit kimi özünə  çəkirdi. Qabaqcıl əmək adamlarının və rayonların adını iftixarla çəkirdi. Bir anda şoka düşdüm “..bu gün Azərbaycan qızlarımızı ağ pambıq tarlasında tarla Gəmisinin sükanı arxasında görürük. Qasım ismayılov rayonunun sürücü mexanizatoru Əzra Həşimova və s. adlarını ifrixarla çəkirəm.” Sevincdən gözlərim yaşardı. Bu sevinc həyatımın ən qiymətli anı idi.. Bu dövlət rəhbərinin sənin əməyinə verdiyi ali bir mükafat idi. “ƏZRA” deməyi qulağımda hələ də səslənir. Mən heç vaxt düşünməzdim ki,  dahi şəxsiyyətlə 2 dəfə canlı görüşəcəyəm və adımı mənə xatırladıb mənasını soruşacaqdır. 

 Bəli, 1982- ci  il iyulun  14 - Goranboya səfəri  zamanı   Goran dördyolda gül çiçəklə qarşıladıq. Raykom katibi bizi təqdim etdi: “Bəsti Bağırova  adına kolxozun sədri Sosialist  Əməyi Qəhrəmanı Zümrüd Quluyeva və  Lenin adına kolxozyn baş aqronomu Əzra Həşimova.” Həmin an Heydər Əliyev dilləndi: “O mexanizator qız.! Əzra adının mənasını bilirsən, bu adı sizə kim qoyub və haradan qoyub?”.  Dedim ki, Atam qoyub “ Vamiq və Əzra “ dastanından. Mənə dedi ki, “Burdan gedəndə Hüseyin Cavidin “Şeyx Sənan” əsərini oxuyarsan” .Dedim: Başüstə. 

Onun isti  baxışları,  məna dolu sözləri ən zəif insanı belə həyata bağlayırdı.  Sovet dönəminin ən ağır günlərində O böyük iradə sahibinin  Hüseyin Cavidin nəşini öz doğma vətəninə gətirməsi heç də asan məsələ deyildi. Görüşdən qayıdanda hamı məni əhatəsinə alaraq soruşurdu.   “Heydər Əliyevlə canlı görüşdün.?” 

Onunla  ikinci görüşüm 1998-ci il 14-15 sentyabr - Azərbaycan Qadınlarının 1 ci Qurultayında oldu. Qurultay öz işini başa vuranda Heydər Əliyev qadınlara müraciət etdi: “Mən sizinlə yadigar şəkil çəkdirəcəyəm.”  

Bu da bir qismət idi. Heydər  Əliyevə yaxınlaşdım, məni gördü və yanına çağırdı. Mən onunla görüşdüm və özümü təqdim etdim. “Rayonda vəziyyət necədir mexanizator qız.?” Adımı illər keçsə də unutmamışdı.  Dedim ki, Hüseyin Cavidin “Şeyx Sənan” əsərini oxudum, “Əzra”  Şeyx Sənanın qızının ən yaxın rəfiqəsidir. 

Əlini kürəyimə vurdu ... Onun canlı çıxışı, gülər üzü daim  xatirələrimdə yaşayacaqdır.

Bu gün Azərbaycan qadınları dövlət quruculuğunda iştirak edir.   Mən əminliklə deyə bilərəm ki, bizim ölkəmizdə qadına hörmət günü-gündən artır və insanlar qadının cəmiyyətdə rolunu, əhəmiyyətini daha  dərindən  dərk edə bilir. Mən bu gün fəxr edirəm ki, 70- 80- ci illərdə və 1993-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında işləmişəm.  Onun yaratdığı partiyanın üzvü və təbliğatçısı olmuşam. 2003- cü ildən  isə onun siyasi kursunun  alternativsiz varisi cənab İlham Əliyevin rəhbərliyi altında yorulmadan, həvəslə işləyirəm və son nəfəsimə kimi  də işləyəcəyəm. 

Sözümü Ümummilli Lider Heydər Əliyevin hamıya örnək olan bir fikiri ilə bitirmək istəyirəm.

- ”Qadın çox ülvi varlıqdır. Ona hörmət hər bir insanın yüksək mənəvi borcudur”  

Əzra Həşimova - YAP Goranboy rayon Təşkilatının sabiq aparat rəhbəri



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar