Xəbər lenti

Qaradağda şəhid Zaur Əzizlinin anım mərasimi keçirildi 0

Tarix: 13-09-2023 15:02     Baxış: 2 219

Qaradağda şəhid Əzizli Sadiq Zaur oğlunun anım günü qeyd edilib.

Mubarizciler.az  xəbər verir ki, 2022-ci il sentyabr hadisələrində qəhrəmanlıq göstərən Əzizli Sadiq Zaur oğlunun şəhadətindən 1 il ötür.

Əzizli Sadiq Zaur oğlu 13 mart 2003-cü ildə Bakı şəhərinin Qaradağ rayonunda anadan olub. 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılıb.

O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissələrdən birində sıravi əsgər kimi hərbi xidmət edib. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş verib. Döyüşlərdə Quru Qoşunlarının hərbçisi olaraq iştirak edən Sadiq Əzizli 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş şəhid Əzizli Sadiq Zaur oğlu Prezident İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidin il dönümü ilə əlaqədar olaraq Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin vəzifəli şəxsləri,digər idarə və müəssisə rəhbərləri və ailəsi ilə birlikdə şəhidin məzarı ziyarət olunub və məzarı üzərinə əklil qoyulub.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı şəhid ailəsinə baş sağlığı verib və vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildirib. Bundan əlavə ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğısının olduğunu və bunun davamlı olacağını ziyarət iştirakçılarının diqqətinə çatdırıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar