Xəbər lenti

Bu gün Səbuhi Əhmədovun şəhadətindən bir il keçir 0

Tarix: 13-09-2023 12:44     Baxış: 2 184


Bu gün Səbuhi Əhmədovun şəhadətindən bir il keçir.

Mubarizciler.az xəbər verir ki, xalq şəhidlərin xatirəsini yad etmək üçün Fəxri xiyabana axın edir.

Bu gün şəhid Səbuhi Əhmədovla yanaşı, Abşeron sakini olmuş şəhid Nicat Qarazadənin də anım günüdür.

Fəxri xiyabana gələn Xətai və Abşeron Rayon İcra hakimiyyətlərinin başçıları şəhidlərin məzarı önünə əkili qoyaraq onların xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Ziyarətçilərin arasında şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, qazilərimiz də var.

Xatırladaq ki, 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində qarşı tərəfin təxribatı ilə silahlı toqquşma baş verib. Azərbaycanın Müdafiə Nazirliyi döyüşlər zamanı Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə səkkiz hərbi qulluqçu olmaqla ümumi olaraq Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun həyatını itirdiyini bildirib.

Müdafiə Nazirliyi növbəti günlərdə həyatını itirən hərbi qulluqçuların sayının artdığını elan etdi. Ümumi nəticədə hərbi əməliyyatlar zamanı həyatını itirən hərbi qulluqçuların sayının 80, yaralananların - 282 olduğu bildirildi.

Şəhid Səbuhi Əhmədov SOS uşaq kəndində böyümüşdü. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar