Xəbər lenti

İmişli rayon Göhərli kəndində vətəndaşlarla səyyar görüş keçirilib - FOTO 0

Tarix: 12-09-2023 20:58     Baxış: 2 506

  İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbulu rayonun Qaradonlu, Göhərli və Çahar kənd sakinləri ilə keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri, həmçinin sakinlər iştirak ediblər.

 “Hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşı qəbul edib onun müraciətini dinləməkdir. Onlara layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir” - deyən icra başçısı bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edib. O, həmçinin bu günə kimi şəhər, qəsəbə və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. Sonra vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar