Xəbər lenti
2-09-2026, 15:00
 

Qeyri-sabit hava nə vaxtadək davam edəcək? 0

Tarix: 12-09-2023 14:19     Baxış: 2 485

Sentyabrın 12-si saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Mubarizciler.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, düşən yağıntının miqdarı Astarada 56 mm, Lənkəranda  43 mm,  Beyləqanda 24 mm, Sabirabad, Biləsuvarda 20 mm, İmişli, Cəfərxanda 19 mm, Tərtərdə 17 mm, Zərdab, Ağdam, Şəkidə 14 mm, Qəbələ, Lerikdə 10 mm, Oğuz, Qobustan, Kürdəmirdə 9 mm, Mingəçevir,  Altıağac, Şahdağda 8 mm,  Yardımlı, Xaltan, Qrız, İsmayıllı, Qax (Sarıbaş), Naftalan, Neftçala, Göyçay, Yevlax, Ordubad, Sədərək, Şirvan, Daşkəsən, Naxçıvan, Göygöl, Quba, Ceyrançöl, Tovuz, Bərdə, Balakən, Şahbuz, Gədəbəy, Gəncə, Qusarda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.

Sentyabrın 11-də saat 16:50 radələrində Astara rayonu ərazisindən keçən Təngərüdçaydan sel keçib. Bu gün saat 8:00 radələrindən Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Oğuz rayonu ərazisindən keçən Əyriçaydan sel keçir.

Gəncə, Daşkəsən, Naftalan, Şəki, Balakən, Qaxda duman müşahidə olunub.

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 14-dək davam edəcək, mülayim şərq küləyi əsəcək.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar