Xəbər lenti

Ordumuzla bağlı yalan məlumat yayan şəxs tutuldu - Rəsmi 0

Tarix: 12-09-2023 14:14     Baxış: 2 373

Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar paylaşan şəxslərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür.

Mubarizciler.az xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat xidməti məlumat yayıb. 

Davam etdirilən tədbirlərlə “TikTok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs – 1998-ci il təvəllüdlü İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib.

Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar