Xəbər lenti

Xocalıda tarix boyu azərbaycanlılar yaşayıblar... - VİDEO 0

Tarix: 10-09-2023 11:33     Baxış: 2 520


Valeh Hüseynov 1968-ci ildə Xocalıda anadan olub.  O, orta məktəbi Xocalıda oxuyub və burada da boya-başa çatıb.

Rayon təbiətinin əsrarəngizliyindən, orada yaşayan insanların həyat tərzindən söhbət açan V.Hüseynov bildirib ki, qohumları, ailə üzvləri hamısı Xocalıda doğulub, böyüyüblər.

Valeh Hüseynov deyib ki, Xocalıda tarix boyu azərbaycanlılar yaşayıblar.

Onun sözlərinə görə, Xocalı ermənilər tərəfindən işğal olunandan sonra bu yurdun əzəli sakinləri məcburi köçkünə çevrilib, öz evindən, yurdundan uzaq düşüblər. 

Xocalı soyqırımı zamanı iyirmi yeddi gün erməni girovluğunda qalan V.Hüseynov azərbaycanlılara verilən əzab-əziyyətlərdən və işgəncələrdən də danışıb.

Qeyd olunub ki, Xocalı Azərbaycanın əzəli torpağı, qədim yurd yeridir. Ermənilər nə qədər beynəlxalq ictimaiyyəti aldatmağa çalışsalar da tarix öz sözünü deyir.

Mövzu ilə bağlı daha ətraflı “Xəzər TV”nin süjetində:

 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar