Xəbər lenti
18-11-2024, 12:06
 

Səxavət Qədirov: Ölkəmizin müstəqilliyinin bərpası Heydər Əliyevin adı ilə bağlıdır 0

Tarix: 08-09-2023 15:52     Baxış: 1 974


1991-ci ilin 30 avqust tarixində ölkəmiz üçün daha bir əlamətdar hadisənin – müstəqilliyə gedən yolun təməli qoyuldu. Məhz həmin tarixdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi oktyabrın 18-də qəbul ediləcək Konstitusiya aktının özəyini təşkil etdi.

Əslində, bu tarix həm də bugünkü qüdrətli Azərbaycanın təməlinin qoyulmasının ilk addımlardan biri idi. Hadisələrə nəzər salanda bir daha əmin oluruq ki, məhz müasir dövlətimizin inkişaf tarixi 1990-cı ilin iyulundan başladı. Ümummilli Lider Heydər Əliyev Bakıya gəldi, daha sonra Naxçıvan Muxtar Respublikasına gedərək, orda həm Azərbaycan Ali Sovetinin, həm də Muxtar Respublikanın Ali Sovetinin deputatı seçildi.

Xalqın iradəsi, Ulu Öndərin təşəbbüsü və uzaqgörən siyasətinin məntiqi davamı, müstəqilliyimizin və özünüdərkin ilk anonsu olaraq 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız Naxçıvan Ali Soveti tərəfindən qəbul edildi. Muxtar respublikanın rəmzi olaraq qəbul edilmiş üçrəngli bayrağımız 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı olmaqla bərabər, həm də müstəqilliyimizin ilk rəmzi idi.

Muxtar respublikada aparılan islahatların məntiqi davamı olaraq, Ümummilli Liderin iradəsi ilə Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, SSRİ-nin mənəvi mirasını özündə daşıyan “sovet” və “sosialist” sözlərindən imtina, özü ilə birlikdə müasirliyi, yeniliyi, özünüdərki gətirdi.

Bu müddət ərzində Muxtar Respublikanın Ali Məclisi baş vermiş qanlı 20 Yanvar faciəsi ilə bağlı öz qətiyyətli mövqeyini ortaya qoydu. Bu hadisənin əsas günahkarlarının SSRİ rəhbərliyi olması, eləcə də respublikaya rəhbərlik edən şəxslərin bilavasitə günahkar olmaları və məsuliyyət daşımaları qeyd edildi. Məhz 1991-ci ildə xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar iclası çağırıldı. Məhz bu iclas zamanı Ulu Öndər Heydər Əliyev çıxışında müstəqillik məsələsinə toxunaraq, 70 illik imperiyadan ayrılmağın vaxtının çatdığını qeyd etdi. Məhz bu çıxışdan sonra Azərbaycanın müstəqilliyinin bərpası məsələsi gündəmə gəldi və müstəqilliklə bağlı real addımlar atılmağa başladı. Təsadüfi deyildir ki, məhz həmin gün – avqustun 30-da müstəqilliyin elan edilməsi ilə bağlı qəbul olunmuş bəyannamə ilə Azərbaycan öz tarixi müstəqilliyini bərpa edirdi.

İlk dəfə 1918-ci ildə müstəqillik əldə etmiş, daha sonra isə 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Bəyannamə ilə bu müstəqilliyimiz bərpa edildi. Tarix bizə onu göstərdi ki, məhz 1991-ci ildə qəbul edilmiş müvafiq Akt ölkəmizin Xalq Cümhuriyyətinin varisi olduğunu elan edir, bununla da ölkəmiz müstəqilliyini bərpa etmiş oldu.

Təəssüf ki, 1991-1993-cü illərdə bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarı Müstəqillik haqqında Konstitusiya Aktının norma və prinsiplərinə sadiq olmadılar. Dövlətçiliyin maraqlarından daha çox öz maraqlarını rəhbər tutan hakimiyyət nümayəndələrinin səriştəsizliyi nəticəsində Ermənistan torpaqlarımızı işğal etməyə başladı. Siyasi səriştəsizlik, hakimiyyət uğrunda aparılan intriqalar əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi.

Nəhayət ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev hakimiyyətə gəldi və bununla da ölkəmizin parçalanmasının qarşısı alındı, inkişaf yoluna qədəm qoyuldu. 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında da sözügedən Bəyannamədə olan insan hüquq və azadlıqlarının qorunması, şəxsiyyətin toxunulmazlığı, mətbuat azadlığı və digər vacib normalar öz əksini tapdı.

Səxavət Qədirov

Goranboy rayon Statiska İdarəsinin müdiri.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar