Xəbər lenti

İlham Əliyev Şimali Makedoniyanın prezidentini təbrik edib 0

Tarix: 08-09-2023 12:10     Baxış: 1 575


Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb.

President.az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Şimali Makedoniya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.



Azərbaycan ilə Şimali Makedoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimizin rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar