Fermerlərlə görüş Goranboy rayon Bağçakürd kəndində keçirilmişdir - FOTO 0
Dövlət Aqrar İnkşaf Mərkəzinin məsul əməkdaşları Fermerlərlə növbəti maarifləndirici görüşünü 07.09.2023-cü il tarixdə Goranboy rayon Bağçakürd kəndində etmişdir.
Fermerlərə:
1)Aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqi , bitkiçilik və heyvandarlıq üzrə subsidiyaların növləri , subsidiya müraciətinin formalaşması üçün hüquq müəyyənedici sənədlərin növləri və onların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) işlənilmə qaydası;
2) Yay şumunun əhəmiyyəti , növbəli əkin sistemi və sertifikatlı toxumlardan istifadənin vacibliyi ;
3) Növbəli əkin sistemi və torpaqlardan səmərəli istifadə;
4) Torpağın aqrokimyəvi analizi , onun nəticəsi üzrə görülməli olan tədbirlər haqqında;
5)Aqrar sığorta haqqında ümumi məlumat , bitkiçilik və heyvandarlıq sahələri üzrə sığorta paketləri və müraciət qaydası;
6) “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında qeydiyyat prosesi və istifadə qaydaları;
7) Heyvandarlıq sahəsində fermerlərə göstərilən dövlət dəstəyi;
8) Suvarmada olan yeni texnologiyalar və məhdud su ehtiyatlarından səmərəli istifadə və s. haqqında ətraflı məlumat verildi. Fermerləri maraqlandıran suallar tərəfimizdən cavablandırıldı.
Xəbəri paylaş