Xəbər lenti
18-11-2024, 12:06
 

Sabit Səmədov: Ömrünü Azərbaycana, xalqımıza həsr edən Heydər Əliyev 0

Tarix: 06-09-2023 01:06     Baxış: 3 339


Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışını Azərbaycan müstəqilliyinin yeni tarixində ikinci mərhələnin - dirçəliş mərhələsinin başlanğıcı kimi səciyyələndirmək lazımdır. Bu günün xalq tərəfindən əziz bayram kimi - Milli Qurtuluş Günü kimi qeyd olunması da tarixin bu qısa zaman kəsiyinin xalqın taleyində, müstəqilliyin qorunub saxlanmasında necə müstəsna rol oynadığını aydın göstərir. O, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Ulu öndər xilas yolunu, ilk növbədə, qarşılıqlı ittihamlara, hakimiyyət uğrunda gedən çəkişmələrə, qruplararası ziddiyyətlərə son qoymaqda, ədavət hissini unutmaqda və bununla da, xalqın milli birliyinə, vətəndaş həmrəyliyinə nail olmaqda görür və haqlı olaraq məhz bu istiqamətdə uğurlu tədbirlər həyata keçirirdi. Ölkə daxilində dövlətçiliyin möhkəmləndirilməsi, onun qüdrət və əzəmətinin nümayişi Azərbaycan dövlətinə beynəlxalq aləmdə də hörmət və inamı artırdı. 

Bir sıra ölkələr yalnız bundan sonra ölkəmizlə iqtisadi-siyasi münasibətləri genişləndirməyə başladılar...

Tarix sübut edib ki, yalnız Heydər Əliyev nüfuzu, Heydər Əliyev siyasəti Azərbaycanı bütün bəlalardan qorumaq, müstəqil dövlətçiliyimizi yaradıb-möhkəmləndirmək qüdrətinə malik idi. Böyük öndərin dühasının yenilməzliyi onda idi ki, O, ömrü boyu xalqa arxalanmış, həyatının mənasını xalqa xidmətdə görmüşdü. Şübhəsiz ki, bundan sonra da Azərbaycana böyük siyasətçilər gələcək, bu torpaq bundan sonra da çox böyük və dahi şəxsiyyətlər yetişdirəcək. Ancaq onlar böyük xilaskar Heydər Əliyev zirvəsinə, Heydər Əliyev ucalığına nəinki qalxa, bu zirvələri fəth edə bilməyəcəklər. O zirvələr ki, zaman keçdikcə, hadisələrin istiliyi soyuduqca, daha aydın görünür. Təəssüflər olsun ki, bu gün bəziləri tarixi dəyərləndirərkən öz maraqlarından çıxış edirlər və cəmiyyətimizin qəbul etdiyi həqiqətləri təkzib etməyə çalışırlar. O cümlədən, Ulu öndərin ölkəmizə ilk dəfə rəhbərlik etməsinin 40 illiyi ilə bağlı danışarkən ən sadə siyasətçiyə belə başucalığı gətirməyən formada obyektivliyi bir kənara qoyurlar, xalqımızın Ümummilli lideri Heydər Əliyevin fəaliyyətinə münasibətdə həqiqətə uyğun olmayan fikirlər işlədirlər. Amma unudurlar ki, bu gün yaşadıqları bu güclü, qüdrətli Azərbaycanı məhz Heydər Əliyev yaradıb, bu əmin-amanlığı, firavanlığı, sabitliyi məhz Ulu öndərimiz təmin edib. Ömründə bir ağac belə əkməyən insanların bu gün Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə nəinki qiymət vermək, heç Onun geniş irsini təhlil etməyə mənəvi haqları çatmır.

Çox sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası öz bəhrələrini verməkdədir. Bu gün Azərbaycan dünyada bir nömrəli islahatçı ölkə hesab olunur. Sabitliyinə və inkişafına görə, böhranlı vəziyyətdə belə xarici investorlar ölkəmizə sərmayə yatırırlar. Ümumiyyətlə, bu inkişaf strategiyası hərtərəfli şəkildə Azərbaycanı tərəqqiyə aparır.


Sabit Səmədov

İmişli rayon Dövlət Aqrar İnkşaf Mərkəzinin direktoru.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar