Xəbər lenti
18-11-2024, 12:06
 

YAP Goranboy rayon təşkilatının sədri ərazi partiya təşkilatlarında partiya üzvləri və partiya fəalları ilə görüş keçirdi - FOTO 0

Tarix: 05-09-2023 16:40     Baxış: 1 834

YAP Goranboy rayon təşkilatı 01 sentyabr 2023-cü il tarixində Yuxarı Ağcakənd,Rus-Borisi,Börü ərazi partiya təşkilatlarında partiya üzvləri və partiya fəalları ilə görüş keçirdi. 

Mubarizciler.az xəbər verir ki, çıxış edən YAP Goranboy  rayon təşkilatının sədri Elçin İsmayılov  Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışdı və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verdi.

YAP Goranboy rayon  təşkilatnın sədri Elçin İsmaylıov görüşdə  partiyanın VII Qurultayında qəbul edilən qərarlar və struktur dəyişiklikləri barədə ətraflı məlumat verdi. Partiyanın yeni qəbul edilən Nizamnaməsi və rayon təşkilatlarının əsasnamələri barədə danışdı. Bildirdi ki, dövlət başçısı, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə davamlı və məqsədyönlü islahatlar həyata keçirilir. Bu islahatların nəticəsində dövlətimizin qüdrəti daha da möhkəmlənir, xalqımızın rifah halı daha da yüksəlir. 

YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov xalqımızın daim dövlət başçısının ətrafında sıx birləşdiyini vurğulayıb. Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Qeyd edilib ki, məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub.Tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun sayəsində mümkün oldu. Rayon təşkilatının bugünkü və qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verərək, ərazi partiya təşkilatının daha da uğurlu və keyfiyyətli fəaliyyət göstərməsi, partiya üzvləri ilə əlaqələrin bundan sonra da səmərəli qurulması üçün müvafiq tapşırıq və tövsiyyələrini diqqətə çatdırdı.

Görüşdə iştirak edən partiya fəalları çıxış edərək ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs edərək bildirdilər ki, Azərbaycanı qorumaq, onun müstəqilliyinin və suverenliyinin daimi, əbədi olması üçün hər bir vətəndaş əlindən gələni əsirgəməməlidir.

Daha sonra görüşdə partiya üzvüləri və fəaları ilə bir sıra cari məsələlər də müzakirə olundu.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar