Xəbər lenti

SON DƏQİQƏ: Prezident Fərman İmzaladı 0

Tarix: 02-09-2023 16:27     Baxış: 1 855

Azərbaycanda telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin müəyyən edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Prezidentin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərmanda əks olunub.

Fərmana görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tarifləri İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəylərini nəzərə alaraq altı ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yeni tariflər təsdiq edilənədək mövcud tariflər öz hüquqi qüvvəsini saxlayacaq.

Qeyd edək ki, indiyənədək tariflər qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilirdi.

(Azərtac)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar