Mahiyəddin Mazanov: Ulu Öndər Heydər Əliyev Gənc nəslin formalaşmasının təməlini qoyub 0
Sağlam gənclik bir dövlətin inkişafı üçün, bir millətin yaşaması üçün əsasdır. Çünki müstəqilliyin, dövlətçiliyin daha da möhkəmləndirilməsinin, millətin gələcək taleyinin həll olunmasının etibarlı təminatı intellektual səviyyəli, potensiallı kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz buna görə də gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu günədək ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlərin, Azərbaycan gəncliyinin inkişafına verilmiş təkanın nəticəsidir ki, cənclər cəmiyyətdə özlərini təsdiq edə bilir və bütün sahələrdə özlərini doğruldurlar.
Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək millət üçün, dövlət üçün, ölkə üçün, xalq üçün uşaq, gənclik hər şeydən qiymətlidir: “Uşağın dünyaya gəlməsi, onun sağlam böyüməsi, gənc nəslin yaxşı təhsil alması hər bir millətin, xalqın ən dəyərli sərvətidir. Çünki o, millətin, xalqın gələcəyidir, millətin, xalqın daimiliyidir, əbədiliyidir”.
Ulu Öndərin bu kimi fikirləri daim gəclərimizi ruhlandırıb.
“Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur.”
Gənclərimiz Azərbaycanın uğurlu inkişafında öz fəallıqlarını göstərirlər. Dövlət tərəfindən gənclərin öz potensiallarını ortaya qoymaları üçün geniş imkanlar yaradılır. Bu gün uşaq və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi istiqamətdə müvafiq dövlət qurumları və müxtəlif QHT-lər, gənclər təşkilatları tərəfindən layihələr həyata keçirilir. Son illər uşaq və gənclərin elmi, mədəni, ümumiyyətlə, mənəvi və fiziki inkişafı istiqamətində ölkəmizdəki gənclər təşkilatlarının fəaliyyətində aktivlik özünü daha çox büruzə verir. Bu sahədə ixtisaslaşmış gənclər təşkilatları vardır ki, onlar da tələbə və gənclərin intellektual səviyyəsinin artırılması istiqamətdə layihələr icra edir, intellektual klublar vasitəsi ilə intellektual yarışlar və oyunlar təşkil edirlər. Respublika çempionatları həyata keçirilir. İntellektual yarışların keçirildiyi maraqlı televiziya verilişləri də çəkilir. Lakin bunlar, əlbəttə ki, kifayət deyil. Regionlara diqqət artırılmalı və intellektual klublar yaradılmalıdır. Tələbə və gənclər üçün texnologiyaya marağın artırılması istiqamətində texnoparklar da yaradıla bilər. Çünki Azərbaycanın yüksək texnoloji biliklərə sahib olan gənclərə ehtiyacı vardır. Bu gün gənclər əsasən elm və təhsilə töhfə verməlidir. Peşə məktəbləri müasir texnoloji standartlara cavab verməlidir. Müasir texnoloji standartlara cavab verən kitabxanaların sayı artırılmalıdır. Tələbələr və gənclərə daha dolğun məlumatların çatdırılması üçün müasir teleradio verilişlərinin və internet resurslarının sayı artırılmalıdır. Burada qeyri – formal təhsil metodlarından da geniş istifadə olunmalıdır.
Ulu Öndər Heydər Əliyev Gənc nəslin formalaşmasının təməlini qoyub.Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycanın bugünkü inkişafında da gənclərin rolunu yüksək qiymətləndirər. Ölkə başıçısının “Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir” fikri dövlətin gənclərə olan inam və etimadının göstəricisidir. Azərbaycan gəncləri milli maraqların daim keşiyində dayanır, vətəndaşlığın əxlaqi yükünü daim çiyinlərində hiss edir, dövlətçilik ideyalarını üstün tutur. Bu da vətənpərvərliyin bariz nümunəsidir. Gənclərin vətənpərvərliyi Azərbaycanın müstəqilliyini daim gücləndirir. Məhz elə bu vətənpərvərliyini nəticəsi olaraq 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazandıq. Azəbaycanın dayanıqlı inkişafının təmin edilməsində sağlam və intellektual gəncləyin rolu danılmazdır.
Artıq, yaşadığımız 2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə "Heydər Əliyev İli" kimi daxil olur. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu.Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi elan etməsi ölkəmizin çoxəsrlik tarixinin bu qeyri-adi təqvim ilini də əbədiləşdirmişdir. Sərəncamı əsasında, bu ilin "Heydər Əliyev İli" kimi keçirilməsi respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir. Sözügedən Sərəncam, "Heydər Əliyev İli"nin həm nəzəri-metodoloji mahiyyətini, həm də, əməli-praktik istiqamətlərini aydın surətdə əks etdirir və gerçək, əhəmiyyətli bir proqramıdır. "Heydər Əliyev İli"nin əsas siyasi-ideoloji konturlarını tam şəkildə əhatə edən Sərəncam qarşıdakı dövrdə həyata keçirilməsi zəruri olan tədbirlərin əsl mahiyyətini real şəkildə əks etdirir. Ona görə də, mükəmməl şəkildə hazırlanmış dövlət Sərəncamını "Heydər Əliyev İli"nin aydın yol xəritəsi də adlandırmaq olar.
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə gənclərlə bağlı gördüyü işləri, misilsiz xidmətləri, söylədiyi tematik sitatları xatırlamaq yerinə düşərdi. “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” deyəndə dahi şəxsiyyətin bu sahədə gördüyü işlər hər birimizin gözü önündə canlanır.
Mahiyəddin Mazanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.
Xəbəri paylaş