Qərbi Azərbaycan İcmasının Vedibasar təşkilatının iclası keçirilmişdir - FOTO 0
Qərbi Azərbaycan İcmasının
Vedibasar təşkilatının iclası keçirilmişdir
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qonaqları salamlayaraq Qərbi Azərbaycan İcmasının fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiya ilə bağlı geniş məlumat vermişdir.
Daha sonra çıxış üçün söz Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, Vedi rayon icmasının sədri Vaqif Şadlinskiyə verilmişdir. O, Vedi rayon icmasının sədri kimi, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə ona göstərdiyi etimada görə öz təşəkkürünü bildirmiş, Vedi rayonunun tarixi, görkəmli şəxsiyyətləri, əhalisinin keçdiyi çətin yolla bağlı ətraflı məlumat vermiş, qonaqları təqdim etmişdir.
Tədbirdə Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycan mövzusu ilə bağlı nitqini, həmçinin ölkə başçısı cənab Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimində çıxışını əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.
Tədbirdə Vedi rayonunun kənd icma nümayəndələrinə sonuncu deportasiya – 1987-1991-ci illərdə Vedibasar mahalından qovulmuş qaçqın soydaşlarımızın adlı siyahılarının yekunları və qarşıda duran digər məsələrin həlli istiqamətində görülən işlərlə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Xəbəri paylaş