Xəbər lenti

İcra Başçısı məktəbli şəhid və qazi övladları ilə görüşüb - FOTO 0

Tarix: 01-09-2023 16:23     Baxış: 1 519


 Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda qəhrəmancasına vuruşaraq canından və sağlamlığından keçən şəhidlərin və qazilərin övladlarının qayğıları dövlətimizin daim diqqət mərkəzindədir.

Mubarizciler.az xəbər verir ki,  Naftalan Şəhər İcra Hakimiyyətində qarşıdan gələn yeni tədris ilinin başlanması münasibətilə məktəbli şəhid və qazi övladları ilə görüş keçirilib.

 İcra başçısı Vüqar Novruzov dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışaraq şəhid və qazilərin məktəbli övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. 

 Artıq ənənə halını alan və uşaqlarda sevinc dolu anlar yaşadan tədbirdə onlara “Oyal”-ın məktəbli çantaları və müxtəlif dərs ləvazimatları təqdim edilib. 

 Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar