Xəbər lenti

Goranboyda Cüdo idman növü üzrə yarış keçirildi - FOTO 0

Tarix: 31-07-2023 15:20     Baxış: 2 478

Goranboyda Cüdo idman növü üzrə yarış keçirildi.

 Mubarizciler.az xəbər verir ki,  28-30 iyul 2023-cü il tarixlərdə Goranboy Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyasının Qərb bölgəsi üzrə birinciliyi keçirildi.

Tədbirdə Deputat Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Federasiyanın regionlarla iş üzrə baş mütəxəsisi Musa İsmayılov və Ruslan Yunisov, Goranboy rayonu üzrə gənclər və idman sektorunun müdiri Cəfər Verdiyev, Rayon İcra Hakimiyyətinin əməkdaşı Nicat Məmmədov və digər rəhbər şəxslərlə yanaşı idman ictimaiyyətinin nümayəndələri də iştirak etdilər. 

Yarışda açıq elan edilməzdən əvvəl Dövlət Himni səsləndirildi və şəhidlərin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Daha sonra Elçin Cahangirov yarış iştirakçılarını salamlayaraq, hər birinə uğurlar arzuladı. 

 Gərgin mübarizə şəraitində keçən yarışda cüdoçular ard-arda qələbə qazanaraq kürsünün ali pilləsinə ucaldılar. Hər çəki dərəcəsi üzrə I, II, III yerləri qazanmış idmançılar diplom və medallarla təltif olundular. Ayrıca olaraq hər çəki dərəcəsi üzrə ilk 6 yerin qalibi dekabr 2023-cü il tarixdə keçiriləcək Respublika birinciliyində iştirak etmək üçün vəsiqə qazandılar. Ümumilikdə yarışda 8 şəhər və rayon komandalarından 500-ə yaxın idmançı iştirak etdi. 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar