Xəbər lenti
10-09-2025, 09:44
 

SON DƏQİQƏ: Hərbiçimiz vəfat etdi - FOTO 0

Tarix: 30-07-2023 23:37     Baxış: 3 577

İyul ayının 30-da saat 17:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Səid Ömər oğlu xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib.

Xidmətdən verilən məlumata görə, dərhal yerindəcə ilkin tibbi yardım göstərilməsinə və yaxınlıqdakı yaşayış məntəqəsindən tibb işçilərinin çağırılmasına baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hərbi prokurorluq əməkdaşları ilə birlikdə araşdırma aparılır. 

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin əsgəri Qurbanov Səid Ömər oğlu vəfat edib.

Mubarizciler.az xəbər verir ki, vəfat edən hərbçi Tovuz rayonunun Dondar Quşçu kənd sakinidir.

O, doğulduğu kənddə dəfn olunacaq.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar