Xəbər lenti

Millimiz Ermənistana qalib gəldi 0

Tarix: 29-07-2023 21:26     Baxış: 2 408

Monteneqroda tennis üzrə “Davis Cup” turniri başa çatıb.

Mubarizciler.az xəbər verir ki, mötəbər yarışın 4-cü qrupunda Azərbaycan millisi də təmsil olunub.

Kənan Qasımov və Səfər Rəsulovdan ibarət komandamız baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Kosovoya məğlub olsa da, sonradan Albaniya və İslandiya tennisçilərini məğlub edərək növbəti mərhələyə yüksəlib.

Son olaraq komandamız Ermənistan millisi ilə qarşılaşıb. Əzmkar oyun nümayiş etdirən Səfər Rəsulov rəqibini 6:4 və 6:2, Kənan Qasımov isə 6:3 və 6:2 hesabları ilə məğlub edib. Bu möhtəşəm qələbədən sonra Azərbaycan 3-cü qrupa yüksəlib. Ermənistan isə 4-cü qrupda qalmağa məcbur olub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar