Əkbər Yusifov: Hər birimiz Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının əsgəriyik 0
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin 11 saylı "İDYM" MMC - nin Kürəkçay istehsalat sahəsinin sahə rəisi Əkbər Yusifovun qonağı oldum.
İlk öncə bizi səmimi qarşılayaraq diqqət göstərdiyinə görə hörmətli Əkbər Yusifova sonsuz minnətdarlığımı bildirirəm.
Əkbər Nazim oğlu Yusifov dövlətə və dövlətçiliyə sadiq, rəhbərinin etimadını doğruldan və vəzifəsini şərəflə icra edən bir ziyalıdır.
Xatırladım ki, Əkbər Yusifov uzun müddət Goranboy Rayon İcra Hakimiyyətində Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində şərəflə xidmət edib.
İcra başçısı cənab Məhərrəm Quliyevin etimadını doğruldaraq tapşırıq və tövsiyyələrin icrasının həlli istiqamətində səlahiyyəti çərçivəsində çalışmışdır.
Qeyd edim ki, Əkbər Yusifov 44 günlük Vətən Müharibəsi dönəmində RİH-nin ən fəal əməkdaşlarından biri olmuşdur.
Vətən Müharibəsində canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızın dəfn mərasimində iştrak etmişdir. Bununla yanaşı Şəhid və Qazi ailələrinin ziyarətində, onların anım və mövlud günlərində dəstəyini əsirgəməmişdir.
Arxa cəbhədə üzərinə düşən vəzifəni şərəflə icra edən qəhrəman Goranboyun igid övladı hal-hazırda böyük bir sahənin rəisi vəzifəsində çalışır.
Əkbər Yusifov 2023-cü il 11 yanvar tarixində öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmiş, 12 yanvar 2023-cü il tarixində Azərbaycan Dəmir Yolları QSC-nin sədri cənab Rövşən Rüstəmovun imzaladığı sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin 11 saylı "İDYM" MMC- nin Kürəkçay istehsalat sahəsinin sahə rəisi vəzifəsinə təyin edilmişdir.
Əkbər Yusifovla söhbət zamanı işğaldan azad edilən ərazilərdə görülən işlərin sürətli inkşafından danışdı. Qeyd etdi ki, cənab Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qarabağ torpaqları cənnətə çevriləcək və dünya miqyasında tanınaraq uğurlara imza atacaq. Biz hərbirimiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının əsgərləriyik. Bu yolda şərəflə xidmət etmək bizim vəzifə borcumuzdur.
Bu gün bildiyiniz kimi ölkəmizdə Azərbaycan Dəmir Yolları QSC - də üzərinə düşən vəzifəni ləyaqətlə icra edir. Dəmir yollarının yenilənməsi, müasir tipli sürət qatarlarının istifadəyə verilməsi eyni zamanda sərnişinlərin tam təhlükəsiz olaraq stansiyalara çatdırılmasıda cəmiyyət tərəfindən müsbət qarşılanır.
Əkbər Yusifova KANAL21-in təsisçisi Fərhad Bakiroğlunun imzası ilə çalışdığı sahədə qüsursuz xidmətlərinə görə "Fəxri Fərman" ı təqdim etdildi.
Mədəniyyət işçisi, İctimai-fəal, KANAL21-in və Mubarizciler.az xəbər portalının baş redaktoru Elçin Tağıyev öz adət ənənəsinə sadiq olaraq Əkbər Yusifova 8 Noyabr Xarı Bülbülün xatirə tablosunu təqdim etdi.
Hörmətli Əkbər müəllim Sizə çətin və şərəfli işinizdə uğurıar diləyirik.
Xəbəri paylaş