Xəbər lenti
Dünən, 15:45
 

Məzunlara attestatlar təqdim olunub 0

Tarix: 28-07-2023 11:38     Baxış: 2 275

Məzunlara attestatlar təqdim olunub


Mubarizciler.az-ın məlumatına görə, 2022-2023-cü tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərini bitirmiş məzunlara bitirdikləri təhsil səviyyəsinə uyğun olaraq ümumi və tam orta təhsil haqqında attestatlar təqdim olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi" Qaydalarına əsasən ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim edilir.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 7382 nəfər, XI siniflərini isə 5684 nəfər bitirib. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar