Xəbər lenti

Yevlaxda Şəhid Oruc Cabbarovun ailə üzvləri ziyarət edildi 0

Tarix: 27-07-2023 23:29     Baxış: 2 772

Şəhid Oruc Cabbarovun ailə üzvləri ziyarət edildi 

Mubarizciler.az-ın məlumatına görə, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev ənənəyə uyğun olaraq  şəhid ailələrini ziyarəti davam etdirib. Növbəti ziyarət zamanı Şəhər rəhbəri rayonun Nərimanabad kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Cabbarov Oruc Akif oğlunun ailəsinə baş çəkdi.

Şəhidin valideynləri ilə söhbət zamanı şəhidin həyat yolundan danışıldı. Şəhər Rəhbəri ailənin qayğı və ehtiyacları ilə maraqlanıb, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı göstərildiyini bildirərək Ölkə Rəhbərliyinin bu sahədə həyata keçirdiyi işlərin Yevlaxda da davam etdirildiyini qeyd edib.

Şəhid Oruc Cabbarov 06.12.1999-cu il tarixdə Yevlax rayonunun Nərimanabad kəndində anadan olmuşdur. Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax rayonu Nərimanabad kənd qəbiristanlığında dəfn edilib. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “ Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhidin ailə üzvləri dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar