Xəbər lenti
18-11-2024, 12:06
 

Anar Məmmədov: “Lissabon beşliyi”: erməni terrorizminin nümunəsi 0

Tarix: 27-07-2023 18:10     Baxış: 2 814

“Lissabon beşliyi”: erməni terrorizminin nümunəsi.

Ermənistan dövləti mövcud olduğu gündən bütün dövrlərdə terrorla məşğul olub. İşğalçı Ermənistanda hakimiyyət dəyişsə də, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalıb. Tarixə nəzər salanda azərbaycanlılara, ümumiyyətlə türklərə qarşı ermənilərin düşmənçilik siyasətinin şahidi oluruq və əmin oluruq ki, Ermənistanda terrorizm sıradan bir hadisə deyil, dövlət siyasəti səviyyəsinə qaldırılmış bir alətdir. Bu dövlətin rəsmi ideologiyasında faşizm və terrorizm aparıcı xətdir. Ermənistanda faşistlərə və terrorçulara olan rəğbət, onların qəhrəmanlaşdırılması, heykəllər qoyulması, adlarına metro və meydanların, küçələrin verilməsi artıq təəccüb doğurmayan məsələlərdir. Bu, ideoloji xətdən yaranan məsələdir. 

Təkcə 1973-cü ilin yanvarından 1992-ci ilə qədər erməni millətçiləri Los-Ancelesdən Sidneyə qədər dünyanın 22 fərqli şəhərində 70-dən çox insanı qətlə yetirib, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədib, 24 türk diplomatını qətlə yetirib və öz məkrli planlarını həyata  keçiriblər. Bu zaman terror aktlarına rəhbərliyi ASALA, “Erməni Soyqırımı Ədalət Komandoları”, “Erməni İnqilab Ordusu” kimi terror təşkilatları ələ alıb.  

Bu terror aktları 1973-cü ildə Kaliforniyada, bir erməni terrorçunun Santa Barbaradakı Türkiyənin baş konsulu və müavinini öldürməsi ilə başladı. Cinayətkar həbs olundu və sonra da Kaliforniyadakı erməni qubernator Corc Dokmejyan tərəfindən əfv edildi. 1982-ci ildə Türkiyənin ikinci baş konsulu Los-Ancelesdə erməni terrorçuları tərəfindən soyuqqanlılıqla öldürüldü. Terrorçulardan biri qaçsa da, digəri - Ambik Sasunyan həbs olundu. O, ömürlük həbs cəzası aldı. Bununla da erməni millətinin türk millətinə olan nifrəti, kini bir daha artdı.

Bu terror aktlarının ən dəhşətlisi 1983-cü ilin 27 iyul tarixində Lissabon şəhərində fəaliyyət göstərən Türkiyə səfirliyinin ələ keçirilməsi oldu. Terror aktının iştirakçıları Sedrak Acemyan, Simon Yahniyan, Ara Krclyan, Vaçe Daqlyan və Sarkis Abraamyan “Lissabon beşliyi” kimi məşhurdur. Onlardan biri türk mühafizəçi ilə atışma zamanı qətlə yetirilib. Digərləri isə üzərlərindəki bombanın partlaması nəticəsində ölüblər. Terror aktı nəticəsində portuqaliyalı bir polis əməkdaşı, Türkiyə səfirliyinin əməkdaşı Cahid Mıhçıoğlunun həyat yoldaşı həlak oldu. Eyni zamanda, Türkiyə diplomatının övladı yaralandı. Erməni İnqilab Ordusu hücuma səbəb kimi Türkiyə və onun müttəfiqlərinin “erməni soyqırımını” tanımaqdan imtina etdiyini göstərdi. «Time», «The Globe», «Newsweek», «le Monde», «Liberation», «le Figaro», «Al Nahar» kimi beynəlxalq mətbuat orqanları Lissabon hücumunu geniş şəkildə işıqlandırdı. Hücumdan sonra Portuqaliya hökuməti Türkiyə xarici işlər nazirinin səfərini təxirə salmaq məcburiyyətində qaldı. Çünki yerli hakimiyyət nazirin təhlükəsizliyini təmin edə bilmirdi. Lakin əfsuslar olsun ki, erməni terrorizmi yeni bir hadisə deyildi, geniş yayılmış bir təzahür idi.

Son 30 ildə isə ermənilər bu cür cinayətləri, terroru dövlət səviyyəsinə qaldırıblar.  Bütün bunlar Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərlərinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirir.

Anar Məmmədov

Milli Məclisin deputatı



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar