Xəbər lenti
Dünən, 15:45
 

İcra başçısı iki şəhid anasını ziyarət edib - FOTO 0

Tarix: 27-07-2023 13:25     Baxış: 2 905

İcra başçısı iki şəhid anasını ziyarət edib.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ŞPŞ-nin rəisi Zaur Bədəlov ilə birgə şəhid Mehman və Vaqif Bayramov qardaşlarının anası Zeynab Bayramovanı evində ziyarət ediblər.

Mubarizciler.az-ın məlumatına görə, Görüş zamanı şəhər rəhbəri torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarından söz açıb, şəhid anasının qayğıları ilə maraqlanıb.

Zeynab xanım övladları haqqında xatirələrini bölüşüb, hər zaman dövlət tərəfindən onlara diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib, şəhər rəhbərinə hər dəfə onu ziyarət etdiyi üçün təşəkkür edib. 

Görüş zamanı şəhid anasının qayğı və problemləri ilə maraqlanılıb.

Vurğulayaq ki, Mehman Bayramov birinci Qarabağ müharibəsində, mayor Vaqif Bayramov isə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar