Malik Ələkbərovun doğum günüdür 0
27 iyul dəyərli insan, sözün əsil mənasında ağsaqqal, təmənnasız rəhbər, sadə və səmimi ziyalı, savadlı və prinsipial hüquqşünas, Dövlətini, Millətini və Ali Baş Komandanını sevən general, Ədliyyə Nazirliyi Cəzaların İcrasına Nəzarət Üzrə Müfəttişliyinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Malik Ələkbərovun doğum günüdür.
Ədalət - insaf, mürüvvət, haqq və düzgünlük prinsiplərinə riayət və daha geniş mənada işlədilən müqəddəslik səviyyəsində insanların sitayiş etdikləri çəkisi ağır, mənası dəryalardan dərin bir sözdür. Və əgər bu sözü öz adı kimi gəzdirən insan ona layiq bir ömür yaşayırsa, adı ilə xarakteri üst-üstə düşürsə, o, elə dünyanın da, insanların da naxşıdır!
Cənab generalımız prinsipial, ədalət və həqiqət vurğunu olmaqla yanaşı sağlam bədənli, nurani sifətli, az danışıb çox dinləməyə meyilli, yüksək ədəb-ərkan sahibi kimi hər bir Ədliyyə əməkdaşının sevgisini, hörmətini qazanmışdır. XVIII əsrdə yaşamış məşhur fransız filosofu Helvetsi deyirdi ki, tərifə layiq olan insanları tərifləmək olduqca çətindir. Çünki onlar xeyirxah, comərd, haqq-ədalətin tərəfində dayananlardır. Onlar azdır. Lakin bu insanlar dünyanın naxışı, dayaq sütunlarıdır, dünya onların çiyinlərində dayanır. Cənab generalımız Malik müəllim belə nadir insanlardan, yaxşıların yaxşılarındandır... O, yaşından, həyatda tutduğu mövqedən ucada duran insanlardandır.
Cənab generalı səmimi qəlbdən təbrik edirik, Uca Allahdan həyatın ən gözəl neməti olan can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi, çətin və şərəfli peşəsində uğurlar arzulayııq.
Əli İbrahimov.
Xəbəri paylaş